• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 20.05.2021 20:26

"Azərişıq" Suqovuşanı elektrik enerjisi ilə təmin edib

KepezTV Player

İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə iki dövrəli 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerisi verilib. "Azərişıq"dan verilən məlumata görə, qurum işğaldan azad edilən əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir. Cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb. Suqovuşan qəsəbəsinə Tərtər yarımstansiyasından yeni elektrik veriliş xətti çəkilib.

Hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir.