• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 20.05.2021 16:33

Fransız jurnalistlər erməni terroru ilə tanış olublar

KepezTV Player

Fransanın bəzi KİV-nin nümayəndələri Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalan ərazidə olublar. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzülüb, dualar oxunub. Jurnalistlər işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq müxtəlif vaxtalarda Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqları, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaları barədə məlumat verilib. Bunun da nəticəsində Gəncəd 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Karim Ahmed İfrak jurnalist-islamşünas:Təbii ki, mülkiyə əhaliyə qarşı gördüyümüz terror aktı bizi şoka saldı. Mən həqiqətən bunu ifadə etməyə söz tapa bilmirəm. Əlbəttə, çox şokedici bir haldır. Özünü təhlükəsizlikdə hiss edən ailə gecənin bir aləmi, yatdığı yerdə bomba yağışına tutulub. Ermənilər mülki əhalini, uşaqları öldürüb. Fransa istər ATƏT-in Minsk Qrupunda, istərsə də diplomatik baxımdan öz bitərəfliliyini saxlamalıdır. Bizim ölkənin bu günkü mövqeyi bütün Fransanın mövqeyi deyil. Burada yaşayan fransızlarla görüşdük, onlar da Fransanın mövqeyinə təəccübləndiklərini bildirdilər. Bütün bunlara rəğmən, onların azərbaycanlı dostları ilə əlaqələri möhkəmdir və Azərbaycanı dəstəkləyirlər. Mən burada olmağımdan şərəf duyuram. Azərbaycanlıların bizi necə qonaqpərvərliklə qarşıladıqlarını gördüm.