• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 19.05.2021 15:26

Azərbaycan hərbi əsirlərin hamısını geri qaytarıb

KepezTV Player

"Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb". Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib ki, hazırda Azərbaycanda, bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçılar həbsdə saxlanılır. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. "Ermənistanın davamlı şəkildə məsələni yanlış təqdim etdiyini nəzərə alaraq, ölkəmiz saxlanılan şəxslərin saxlanma səbəbləri, şəraiti və onlarla rəftar ilə bağlı daha çox şəffaflığı təmin edərək, araşdırmanı davam etdirir. Azərbaycan, o cümlədən məhbuslara insani münasibət göstərilməsi və onlarla ədalətli və qanuni şəkildə rəftarı təmin etməklə, bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır", - deyə Leyla Abdullayeva vurğulayıb.