• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 19.05.2021 12:25

Yenilənən saytın yaratdığı üstünlüklər

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin internet saytı yenilənmədən sonra istifadəyə verilib. Yeni dizaynda hazırlanan www.adau.edu.az saytı Azərbaycan, rus və ingilis dilləri ilə yanaşı müvafiq proqram vasitəsilə alman, fransız, ispan, italyan, çin, ərəb dillərinə çevrilməklə universitet həyatının bütün sahələrini, o cümlədən təhsil müəssisəsi haqqında məlumat, tələbə qəbulu, təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr, tələbə həyatı, təcrübə və karyera bölmələrini əhatə edir. Təqdimat zamanı saytda Gəncə, ölkə başçısının təhsil müəssisəsinə səfərləri, rektorun müraciəti, sabıq rektorlar, uğurlu məzunlar, tanıtım materialları, inkişaf strategiyası yarım bölmələrinin olduğu, dövlət sifarişli ixtisaslar, ikili diplom proqramları, təqaüdlər, əcnəbi tələbələrin təhsili kimi bölmələrin yaradıldığı bildirilib. Sayt vasitəsilə onlayn müraciət imkanı yaradılıb, fakültələr, kafedralar, professor-müəllim heyəti barədə məlumatlar əldə etmək mümkündür. Həmçinin universitet-sənaye əməkdaşlığı, ADAU-TV, kitabxana, tədris və elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, muzeylər, tələbə evləri, tədris-təcrübə təsərrüfatı, klinikalar, fermerlər üçün aqrar məsləhət xidməti və digər məlumatlar da saytda yer alıb.