• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 19.05.2021 11:20

Azad olunmuş əraziyə keçmək istəyən şəxslər saxlanıldı

KepezTV Player

Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.