• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 19.05.2021 12:05

Sərhədçiləri qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin iki hərbçisini öldürüb hadisə yerindən qaçaraq Yardımlı ərazisində gizlənən İran vətəndaşlarından biri zərərsizləşdirilib. Keçirilən əməliyyat zamanı dağlarda gizlənən həmin şəxsin yeri müəyyən edilib. O, təslim olmayaraq silahlı müqavimət göstərib. Bu zaman Daxili Qoşunların əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib. Xatırladaq ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfər naməlum şəxs mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar. Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitələr, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.