• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 18.05.2021 12:33

Horadiz-Ağbənd dəmir yolu xəttində infrastruktur işlərinə başlanılıb

KepezTV Player

“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttində infrastuktur işlərinə başlayıb. Bu işlərin Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı da həyata keçirilməsi nəzərdə tutulub.

Qurumun rəsmisi Natəvan Bayramova bildirib ki, sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, hətta Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini bu il fevralın 15-də qoyulub. Uzunluğu 100 km olacaq bu infrasturktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişdə mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.