• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 18.05.2021 12:30

Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə aşkarlanı

KepezTV Player

Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir. Qədim abidələrlə zəngin olan bu iki çayın arasını arxeoloqlar “Kiçik Mesopotamiya” adlandırırlar. Bu çayların arasında Qədim Daş dövründən Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur.AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundən məlumatına görə,müəyyən ərazilərdə yolboyu kurqanlar var. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılıb və bu abidələrə zərər yetirilib. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmayıb. Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq mina təmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir. Müşahidələr nəticəsində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub. Bütün bunları nəzərə alaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılması zəruri hesab edilir.