• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 18.05.2021 12:25

Şuşa şəhəri gələcəkdə turizm destinasiyası olacaq

KepezTV Player

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb". Dövlət Turizm Agentliyinin Regional İnkişaf Sektorunun müdiri Elgün Cavadovun sözlərinə görə, hazırda həmin ərazilərdə qiymətləndirmələr aparılır və nəticəsi təqdim ediləcək. "Qarabağ, o cümlədən Şuşa şəhəri gələcəkdə turizm destinasiyası olacaq, həm yerli, həm də xarici turistlərin əsas maraq dairələrində olacaq. Bizim üçün də sevindirici haldır ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur”, - deyə Elgün Cavadov qeyd edib.