• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 18.05.2021 09:36

Samuxda gənci ildırım vurub

KepezTV Player

Samuxda qeyri-sabit hava şəraiti bədbəxt hadisəyə səbəb olub. 18 yaşlı rayon sakini ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Hacallı kəndində kənd sakini Sənan Zaur oğlu Həsənov atası və daha bir nəfərlə birlikdə otlaq sahədə heyvan otararkən baş verib. Təbiət hadisəsi zamanı hər 3 şəxs ildırım vurmasından xəsarət alsa da 18 yaşlı  gənc yerindəcə dünyasını dəyişib.