• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 17.05.2021 19:53

Ramazandan sonra qida rasionumuza adaptasiya

KepezTV Player

Mütəxəssislər hesab edirlər ki, Ramazanda qidalanmaq önəmli olduğu qədər Ramazandan sonrakı 10-15 günlük adaptasiya prosesində qidalanmağımız da sağlamlığımız üçün vacib şərtdir. Buna görə də qida rasionumuzu diqqətdə saxlamalıyıq. Təbii ki, sağlamlığımız və düzgün qidalanmağımız öndə olmaq şərti ilə.

Ramazan ayı boyunca qidalanma rasionunda olan müəyyən dəyişiklər, 2 dəfə qidalanma rejmi eyni zamanda günün bəlli dövründə müəyyən saatlar ərzində ac qalma organizm üçün müəyyən metabalizm dəyişikliklərinə səbəb ola bilər. Buna görə də Ramazaan ayı bitdikdən sonra mütləq qida rasionumuza diqqət etməli və müəyyən ardıcıllığı gözləməliyik.

Qoşqar Məhərrəmovun sözlərinə görə orucun təxminən 16 saata yaxın olması aclıq və susuzluqdan sonra ən azından uyğunlaşma prosesinə kimi yağlı qidalardan uzaq durmalı, həzmi asan olan qidalara üstünlük verməliyik.

Mütəxxəsislər bildirir ki, insanlar bu dönəmdə qidalanmalarına diqqət etməsələr bir çox xəstəliklər aktivləşə bilər, eyni zamanda bu artıq çəkiyə səbəb olar.

Həkimlərin məsləhətlərini dinləsək bir çox xəstəliklərindən özümüzü qorumuş olarıq.