• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2395
— 17.05.2021 19:25

"Kəpəz" mövsümü qələbəylə başa vurdu

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 27-ci - sonuncu turun oyunları keçirilib. Tur çərçivəsində mövsümü uğursuz keçirən "Kəpəz" evdə "Sabah-2"-ni qəbul edib. İlk yarıda aktiv oyun nümayiş etdirən gəncəlilər bir neçə vəziyyətdə 100 faizlik qol imkanından yararlana bilməyiblər. Fasilədən sonra da görüşə dominantlıq edən Nizami yurdunun kollektivi qol vurmaq istəyinə 75-ci dəqiqədə çatıb. Əli Səmədovun ötürməsini Emil Qasımov qola çevirib. Bu, qarşılaşmada yeganə dəqiq zərbə olub və “Kəpəz” minimal hesablı qələbəyə sevinib. Bu qalibiyyətlə xallarının sayını 28-ə çatdıran qərb klubu turnir cədvəlini özünə yaraşmayan 8-ci pillədə tamamlayıb.