• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 17.05.2021 16:19

Sabahdan "Sputnik V” vaksininin vurulmasına başlanılır

KepezTV Player

Sabahdan "Sputnik V” vaksininin vurulmasına başlanılır. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, ölkədə aparılan peyvəndləmə prosesi çərçivəsində vətəndaşlar sabahdan Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.