• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2037
— 17.05.2021 16:10

Çıraqlı kəndinin elektrik təsərrüfatı yenidən qurulub

KepezTV Player

Vətən müharibəsi zamanı təmas xəttinə ən yaxın kənd olduğundan Ağdamın Çıraqlı yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib. Kəndə çoxlu sayda top və qrad mərmiləri atılması nəticəsində fərdi yaşayış evləri dağılmış, elektrik enerjisi təchizatı şəbəkəsi ciddi zərər görmüşdü. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərin aradan qaldırılması, Çıraqlı kəndində elektrik şəbəkəsinin yenidən qurulmasına başlanılıb və işlər tamamilə yekunlaşıb. 70 abonentin yaşadığı kənddə yeni metal dayaqlar basdırılıb, izoliasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.