• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 17.05.2021 11:57

Gürcüstan DİN Dmanisidəki kütləvi dava ilə bağlı istintaq aparır

KepezTV Player

“Ötən gün Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”. Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib ki, istintaq zorakılıq maddəsi üzrə aparılır. “Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”. Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb. Mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.