• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 17.05.2021 12:13

Tənha qadın evində ölü tapılıb

KepezTV Player

Ağstafa rayonunun Köçəsgər kəndində 62 yaşlı qadın qətlə yetirilib. Ələkbərova Çiçək Əli qızının boğularaq öldürüldüyü bəlli olub. Qadın öldürüldükdən sonra ona qarşı soyğunçuluq da edilib. Cinayətin oğurluq məqsədi ilə törədildiyi şübhə doğursa da, hadisənin baş vermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. Çiçək Ələkbərova 30 ildən çoxdur, tək yaşayıb və cəmi altı ay ailəli olub. Onun meyiti qonşular tərəfindən aşkarlanıb.