• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 17.05.2021 12:05

Prezident sərhəddəki hadisələr barədə qazaxıstanlı həmkarını məlumatlandırıb

KepezTV Player

Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Dövlət başçısı telefon danışığı zamanı hazırda sərhədin dəqiqləşdirilməsi prosesinin getdiyinə və Ermənistan tərəfinin bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirdiyinə diqət çəkib. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir. Dövlət başçısı Qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi ad günü münasibətilə də təbrik edib.