• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 16.05.2021 16:23

Türk xalqlarının tarixindən bəhs edən yeni kitab təqdim olunub

KepezTV Player

Gəncədə türk xalqlarının tarixindən bəhs edən yeni kitabın təqdimatı keçirilib. Gəncə Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadənin qələmə aldığı "Türk xalqları tarixi (XVII-XIX  əsrlər)" adlı nəşr əsasən ali təhsil müəssisələrində dərs  vəsaiti kimi istifadə ediləcək. Kitabda türk xalqlarının keçdiyi zəngin, çətin və şərəfli tarixi yol haqqında geniş məlumatlar yer alıb. Təxminən 400 səhifəlik dərs vəsaitində türk xanlarının sülalərinin şəcərə cədvəlləri, dövlət atributları da təqdim olunur. Tədbirdə çıxış edən professor-müəllim heyəti yeni  kitabın türk xalqlarının tarixinin dərindən öyrənilməsində böyük rol oynayacağına diqqət çəkiblər.