• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2499
— 16.05.2021 16:06

Qarabağın turizm potensialı ilə beynəlxalq sərgidə

KepezTV Player

Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.

Dövlət Turizm Agentliyindən sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığı qeyd edilib. Sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərilib. Beynəlxalq sərgidə Azərbaycan milli stendlə təmsil olunur. Qonaqlara işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim edilir. 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.