• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1040
— 16.05.2021 16:03

Daha 12 nəfərin əlilliyi ləğv olunub

KepezTV Player

Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlilik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 26 şəxsin də komissiya tərəfindən əyani müayinəsi aparılıb. Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.