• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 16.05.2021 16:13

Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

KepezTV Player

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb. Namiq Cəfərov, Yusif Atakişiyev, Kənan Kazımov, Şəhriyar Əlizadə və İlkin Ələkbərovun qardaş ölkədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdirilir.