• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 16.05.2021 16:01

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır

KepezTV Player

Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlərə başlanılıb. Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır. Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti təlim bölgəsinə yola düşüb. Təlimlər mayın 20-dək davam edəcək.