• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 16.05.2021 12:07

Evdən 5 min manata yaxın oğurluq edənlər tutuldular

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları - əvvəllər məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2000 manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək götürdükləri əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər. Faktla bağlı araşdırma aparılır.