• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2410
— 16.05.2021 12:02

Xocalı polisi qayda pozan sürücüləri cəzalandırıb

KepezTV Player

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində reyd keçiriblər. Müxtəlif yerlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Qaydaları kobud şəkildə pozan sükan sahibləri barəsində inzibati protokollar tərtib olunub.