• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 16.05.2021 12:10

Sabahdan məktəblər açılır

KepezTV Player

Sabahdan Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək. Gəncədə yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1,5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, I-IX siniflərdə həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında əməsafəni gözləməyə imkan verməyən məktəblərdə isə dərslər icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində həftədə 3 dəfə olmaqla əyani aparılacaq. Xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində həftədə 5 dəfə əyani tədris bərpa ediləcək. X-XI siniflər üzrə dərslər onlayn formada davam etdirilir. ***Bu gündən birinci sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az portalı da fəaliyyətini bərpa edib. Ramazan bayramı tətili ilə əlaqədar mayın 8-dən portala giriş müvəqqəti dayandırılmışdı. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.