• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 16.05.2021 12:15

İranla sərhəddə DSX-nin əməkdaşlarına atəş açan sərhəd pozucularından biri saxlanılıb

KepezTV Player

Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 naməlum şəxs Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Sərhəd pozucuları onlara odlu silahdan atəş açıb. Nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar. Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri - İran vətəndaşı Bərgi Həsənəli Novruz oğlu saxlanılıb. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri 3 kq 840 qram marixuana və 95 qram metamfetamin, 17715 ədəd preqabalin həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb. Cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.