• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 16.05.2021 12:18

DSX-nin şəhid olan hərbçiləri dəfn ediliblər

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Eyvazov Samir Elmar oğlu Tovuz rayonunda dəfn olunub. Hərbçi anadan olduğu Bozalqanlı kəndində torpağa tapşırılıb. Vida mərasimində hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Samir Eyvazov evli idi, bir azyaşlı övladı yadigar qalıb. DSX-nin şəhid olan kiçik giziri Alimov Fərid Elçin oğlu isə Quba rayonunun Yeni Güləzi kəndində dəfn edilib. Mərasimdə şəhidin yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Evli olan Fərid Alimovun bir azyaşlı qızı yadigar qalıb.