• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 15.05.2021 20:43

Gəncə sakini silahla saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində tədbirləri davam etdirirlər. Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Sabir Abdullayev saxlanılıb. Polis Bölməsində üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı “revolver” tipli tapança edilib.Götürülən maddi sübut ekspertizaya göndərilib. Faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.