• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 14.05.2021 19:07

Qəza olub, bir nəfər ölüb

KepezTV Player

Gəncədə ölümlə nəticələn ağır yol-nəqliyyat qəzası olub. Hadisə Gəncə-Göygöl avtomobil yolunun şəhərin Gülüstan qəsəbəsindən keçən hissəsində baş verib. Hərəkətdə olan BMW markalı minik avtomobili idarə etməni itirib və nəticədə maşın yolun kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü Rəsul adlı şəxs hadisə yerində dünyasını dəyişib. Sərnişin 1990-cı il təvəllüdlü Səyadov Nahid isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.