• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 12.05.2021 19:10

"Kəpəz" ilk oyunda qalib gəldi

KepezTV Player

19 yaşlı futbolçular arasında təşkil edilən gənclər kubokunun ilk mərhələsinin oyunları baş tutub. Yarışda iştirak edən “Kəpəz”in müvafiq yaş qruplarından ibarət komandası doğma meydanda “Zirə”ni qəbul edib. Gəncəlilər hər hissədə vurduqları qollarla 2:0 qalib gəliblər. İlk yarıda Orxan Rüstəmov rəqib qapısına yol tapıb. Digər qolu isə fasilədən sonra təyin edilin 11 metrlik cərimə zərbəsindən Nihat Fərəci vurub. Beləliklə sarı-göylər Bakıdakı oyuna üstün durumda yollanacaq. Bu komandalar arasında cavab qarşılaşması sabah keçiriləcək.