• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 11.05.2021 20:41

Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib

KepezTV Player

İki gün öncə Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilmişdir ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb.Ramin Mehdixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.