• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 08.05.2021 20:33

Atletlər bacarıqlarını nümayiş etdiriblər

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq Nizami yurdunda kross qaçış üzrə yarış keçirilib. Mərkəzi şəhər stadionunda baş tutan birincilikdə iştirakçılar bitiş xəttinə birinci çatmağa çalışıblar. Həm qızlar, həm də oğlanların qatıldığı mübarizələrdə 20-yə yaxın atlet iştirak edib. Kross qaçışında zərif cinsin nümayəndələri 1000, oğlanlar isə 3000 metr məsafəni qət ediblər. Sonda ilk üçlükdə yer alan idmançılar Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif edilib.