• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 06.05.2021 17:07

Gənclər Heydər Əliyev Mərkəzində

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə bir qrup gənc ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ümummilliliderin adını daşıyan mərkəzi ziyarət ediblər. Karantin qaydalarına uyğun şəkildə həyata keçirilən ekskursiyaya Nizami yurdunda fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının 30-a yaxın üzvü qatılıb. Burada ulu öndərin həyatı və hakimiyyəti dövrlərini əhatə edən stendlərin önündə bələdçilər tərəfindən gənclərə ətraflı məlumat verilib. Daha sonra ümummilli liderin gənclər sahəsində gördüyü işlərdən danışılıb, onun müasir gəncliyin formalaşmasında rolunun böyük olduğu diqqətə çatdırılıb. Sonda ziyarətçilər Heydər Əliyev haqda nümayiş etdirilən qısametrajlı filmə baxıblar.