• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 04.05.2021 12:38

Özünü polis kimi təqdim edən keçmiş məhkum tutulub

KepezTV Player

Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə müraciət edən qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu, daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb.  Həmin şəxs əməlini etiraf edib. Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İstintaqla müəyyən edilib ki, Elmir Sultanov bir neçə il əvvəl də eyni əməlitörətdiyinə görə məhkum olunub. Bu dəfə də onun barəsində cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir. Sosial şəbəkələrdə Elmir Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, “Instagram” və “Facebook”dakı rəsmi ünvanlarına məlumat verə bilərlər.