• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 26.04.2021 12:03

Pakistanda sosial şəbəkələr bağlanıb

Pakistan hökuməti ölkədəki təhlükəsizlik məqsədi ilə sosial şəbəkələrinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bildirir ki, Daxili İşlər Nazirliyi saat 11:00-dan gündüz saat 3:00-dək tvitter, feysbuk, vatsap, yutub və teleqram kimi sosial media platformlarının fəaliyyətini dayandırmaq barədə Telekommunikasiya İdarəsinə (PTA) göstəriş verib. Bununla bağlı PTA-nın açıqlamasında göstərilir: "İctimai asayiş və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra sosial media tətbiqlərinə giriş müvəqqəti olaraq məhdudlaşdırılır".

Bu addım ölkədə ötən gün əks-terrorçuluq qanunu ilə qadağan edilmiş "Təhriki Ləbbeyk Pakistan" (Tehreek-i-Labbaik Pakistan - TLP) adlı təşkilatın üzvləri tərəfindən son günlər törədilən iğtişaşlarla bağlı atılıb. TLP-nin həbs edilmiş rəhbəri Səəd Rizvi hökumət nümayəndələri vasitəsilə yaydığı məktubunda tərəfdarlarını qanunlara əməl etməyə, yolları bağlamamağa, hüquq mühafizə qurumları ilə əməkdaşlığa çağırıb.