• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2286
— 26.04.2021 11:59

Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı işə salacaq. Söhbət, səsli mesajların sürətləndirilməsi funksiyasından gedir. Bu cür yeniliyi WABetaInfo saytının mütəxəssisləri Android üçün olan Whatsapp 2.21.9.4 versiyasında aşkar ediblər. Belə ki, səsli mesajın dinlənilməsi zamanı 1x1.5x və 2x-in əks olunduğu sürətlənmə düyməsi ortaya çıxır. Whatsapp tərtibatçıları bir neçə aydır ki, sözgüedən funksiya üzərində çalışırlar və o hələ indi messencerin beta versiyasına əlavə edilib. Qeyd etmək lazımdır ki, səsli mesajların sürətləndirilməsi funksiyası Whatsapp 2.21.9.4 versiyasına server səviyyəsində əlavə edilir. Buna görə də o hələ bütün beta test iştirakçıları üçün aktiv deyil. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi isə bilinmir.