• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 20.04.2021 20:35

Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Səfikürd kəndində toy mərasiminin qarşısını alıblar. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində protokol tərtib edilib.Davam etdirilən tədbirlərlə rayonun Düzqışlaq kəndində isə yas mərasiminin keçirilməsi aşkar edilib.Həmin məclisi təşkil edənlər barəsində də qanunamüvafiq tədbir görülüb. Rayonun Şəfəq kəndində isə xınayaxdı məclisinin keçirilməsinin qarşısı alınıb.