• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 20.04.2021 21:39

Silahlı Qüvvələrdə elmi-praktiki seminar keçirilib

KepezTV Player

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün elmi-praktiki seminar keçirilib. Əsas məqsəd dinləyicilərin hərbi psixologiya sahəsində ixtisas hazırlığının təkmilləşdirilməsi, psixoloji işə dair yeni üsul və vasitələrin düzgün tətbiqi qaydalarının aşılanması, həmçinin onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub. Müxtəlif mövzularda müzakirələr təşkil edilib, hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi və hərbi kollektivlərdə sosial-psixoloji, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi mövzularında mühazirələr oxunub.