• KƏPƏZ TV
canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1558
— 20.04.2021 21:37

18 yaşlı şəhidimiz Ruslan Əsədov

KepezTV Player

Şəhidlər ölməzdilər. Onlar şəadətləri ilə torpağın altına yox milyonların ürəyinə köçdülər.

2002-ci ildə Gəncə şəhərində doğulan Ruslan Əsədov,  peşə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. 18 yaşında olmasına baxmayaraq xidmət zamanı fərqləndiyinə görə Xüsusi təyinatlı qüvvələrdə vətən borcunu yerinə yetirməyə başlayır. Silahlı Qüvvələrimiz əks hücum əməliyyatı başlayanda isə Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edir.

Rövşən Əsədov şəhidin atası:Ruslan uşaq vaxtı çox ürəkli uşaq olub. Karetəyə də gedib, dostları ilə yerlərdə tutub şəhər üzrə. Çox tərbiyəli həmişədə vətən uğrunda arzulayırdı ki, xüsusi təyinatlara düşsün, qulluq eləsin orda. Arzusuna çatdı.Mən özüm burda olmurdum, qəribdəydim.Danışırdı, tapşırırdım.Həmişə qoruyurduq ki, Uşağımız yaxşı olsun, yaxşı böyüsün. Qarabağ haqqında otururdu hər gün kompyuterdə baxırdı nə baş verir. Həmişə də deyirdi ki, azad olunsun bizim bu torpaqlar.

Qəhramanımızın necə tərbiyəli və nümunəvi şagird olduğunu, onun təhsil aldığı məktəbin müəllimləri də təsdiqləyir. Ruslan Əsədov uşaqlıqdan vətənpərlik mövzusunda olan tədbirlərdə necə seçilirdisə, elə hərbi xidməti zamanı da öz cəsurluğu ilə seçilib.

Gülsaba Abbasova məktəb direktoru:Ruslan haqqında çox danışmaq olar. Ruslan tərbiyəli, nizamlı şagirdimiz olub. Ruslan müəllimlərinin məhəbbətini, hörmətini qazanıb ibtidai sinifdən. Ruslan şagird dostlarının sevgisini qazanan bir şagird olub. Biz həmişə Ruslana nur üzlü Ruslan deyirdik. Çünki Ruslan çox sevimli , hörmətli, böyük kiçik yolu saxlayan, müəllimlərinə hörmətlə yanaşan bir şagirdimiz olub. Ruslan həqiqətən vətənpərvər şagird idi. Vətənpərvər mövzusunda, vətənpərvərliyə aid ictimai işlərdə çox fəal iştirak edirdi. Ruslan məktəbimizin sevimli şagirdi olub. Ruslan daim bizim kollektivin, millətimizin sakinlərin qəlbindədi. Ruslanın nəznində bütün şəhid analarının qarşısında baş əyirik, əllərindən öpürük.

Uşaqlıqdan anasının nəvazişi ilə böyüyən, bir an belə yanından ayrılmayan mərd vətən oğlunun xidmətdə olarkən son danışığı da elə anası ilə olub. O, sanki şəhid olacağını bilirmiş kimi anasına “Ana görüşmək üçün yanıma gələrsənmi  ”  deyib.

Sahilə Əliyeva şəhidin anası:Uşaqlığından çox yaxşı uşaq idi doğurdan da, mehriban idi. Çox bağlı idi mənə, hara gedirdi mənlə idi. Axırıncı dəfə sentyabrın 25- i danışdıq. Zəng vurmuşdu ki, mama yanıma gələrsən? Getməyini heç bilmirdim.

Şəhidimizin uşaqlıq dostu, həm də sinif yoldaşı deyirki dostlarının sayı çox olsa da Ruslanın yeri bir başqadır. Şəhidlik hər kəsə qismət olmur. Ruslan da seçilmişlər sırasında idi ki, o zirvəyə ucaldı.

Cəlal Nağıyev şəhidin dostu:Ruslanın heç bir elə hərəkətini görmədim ki, kiminsə xətrinə dəysin, kimisə incitsin. Həmişə uşaqlarla bir- birimizə can deyib can eşitmişik. Yəni hər adamda elə cəsarət olmur ki, bu yaşında 18 yaşında hərbi xidmətə təzə getməsinə baxmayaraq, döyüşə cəsarətlə getsin, qorxmasın. Hər oğlanda belə xüsusiyyətlər olmur. Danışanda həmişə uşaq vaxtından deyirdik ki, görək torpağımız nə vaxt azad olacaq. Bunu həmişə istəyirdik ki, bizimdə bir əməyimiz olsun, döyüşdə iştirak etməsək də, iştirak edənlərə bir dəstəyimiz olsun. Bunu həmişə arzulamışıq.  Amma bizə qismət olmadı, Ruslana qismət oldu. Həmişə fəxr eləmişik Ruslanla da Rəşidlə də. Amma onun əlbətdə ki, yeri görünür, onun yeri bir başqa idi.

Sahilə Əliyeva oğlunun şəhid olma xəbərini yuxusunda gördükdən 3 gün sonra - 20 oktyabrda ailəyə şəhid xəbəri gəlir.

Sahilə Əliyeva şəhidin anası:Şəhid olmağınıda yuxumda görmüşəm. Oktyabr ayının 17- si idi. Gördüm ki, qar yağır. Ondan sora da xəbər çıxdı ki, şəhid olubdu.Mən oğlumla həmişə qerur duymuşam, yenə də qürur duyuram oğlumla.

((K/A))Vətənin cəsur oğlu Ruslan Əsədov Murov uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Aişə Rzayeva