• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 20.04.2021 21:24

Hazırda 24 hərbçi itkin düşmüş sayılır

KepezTV Player

"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduğu yerin müəyyən edilməsi məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır". Bu barədə Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatda bildirilib.Qeyd olunub ki, Murov dağı silsiləsində işlər təbii şərait imkan verənədək təxirə salınıb."O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək".