• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1893
— 20.04.2021 16:36

Hacıqabulda bir sıra obyektlərin açılışı olub

KepezTV Player

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Sənaye Məhəlləsinin açılışında iştirak edib. Uzunluğu 11,5 kilometr olan Hacıqabul-Muğan avtomobil yolu da yenidənqurmadan sonra istifadəyə verilib.Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanışlıq olub. Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib. Səfər zamanı "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub. Prezidentin iştirakı ilə "Qarasu" yarımstansiyası istismara verilib,“Azersun Şamaxı Aqropark”ı açılıb.