• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 20.04.2021 11:53

BMT Azərbaycana dəstək olmağa hazırdır

"Azərbaycanın öz gələcəyini yenidən müəyyən etdiyi bir dövrdə BMT ölkəni dayanıqlı inkişafa aparan yolda dəstəkləməyə daim hazır olduğunu bir daha vurğulamaq istərdim". Bu barədə təşkilatın ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” adlı məqaləsində yazıb. Bildirib ki,BMT-nin çoxsaylı qurumlarının ekspert təcrübəsi də milli inkişaf prioritetlərinin yerinə yetirilməsində, həmçinin planın icrası üçün maliyyə analizinin aparılması kimi işlərdə hökumətin səylərini dəstəkləməyə hazırdır. Bundan başqa, təşkilat Avropa İttifaqı və Dünya Bankı ilə sıx tərəfdaşlıq edərək, çoxlu sayda azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmalarını mümkün edəcək.