• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 20.04.2021 11:41

Avtoxuliqanlıq edən sürücülər saxlanıldı

KepezTV Player

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüləri saxlayıb.

Ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinləri T.Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobillə, İ.Abbasov isə “VAZ-2106” markalı avtomobillə rayon ərazisində digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. Həmin sürücülər saxlanılaraq RPŞ-nə aparılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar.