• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 19.04.2021 18:52

Şirvanda əməliyyat: 4 nəfər saxlanıldı

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində xüsusi əməliyyatlar keçiriblər. Əvvəllər dəfələrlə məhkum olunan Şirvan şəhər sakini Elxan Nəsirov saxlanılıb. Ondan 45 qram tiryək aşkar olunub. Nəsirov narkotik vasitəni əvvəldən tanıdığı xarici ölkələrdən birinin vətəndaşından Astara rayonu ərazisində götürdüyünü və satmaq məqsədi ilə Şirvana gətirdiyini bildirib. Digər əməliyyat zamanı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Feyziyev və Nadim Dadaşov saxlanılıblar. Feyziyevin üzərindən 36 qram metamfetamin, Dadaşovdan isə 40 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Fərid Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı 66 qram, yaşadığı evdən isə 10 qram heroin aşkar olunub. Faktlarla bağlı cinayət işləri açılıb.