• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 19.04.2021 19:16

Qarabağda aparan yolda yenidənqurma işləri gedir

KepezTV Player

Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunda yenidənqurma işləri son mərhələdədir. Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 km-lik yol inşa edilib. Yaxın günlərdə Avşar kəndinin 5.6 km-lik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da start veriləcək.