• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 19.04.2021 20:06

28 ildən sonra Böyük Mərcanlıya ilk qayıdış

KepezTV Player

Cəbrayıl yeraltı faydalı qazıntıları, çayları, su anbarları, eləcə də münbit torpağı ilə seçilən rayonlarımızdandır. Uzun müddət erməni qəsbkarları tərəfindən işğal altında olan rayon Azərbaycanın dilbər güşələrindən biridir. Bu rayon həm də ən çox kəndləri olan ərazilərimizdəndir. 92 kəndi olan Cəbrayılın ən böyük kəndlərindən biri də Böyük Mərcanlı kəndidir.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi Araz çayının sol sahilində, düzənlik ərazidə yerləşir. Keçmiş adı Mərcanlı olan bu kənd əhalisinin işğala kimi əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Erməni işğalından azad edilən kəndin indi yalnız xarabalıqların içində elə xaraba qalan evlərı görünür. Həmçinin yol boyu “Diqqət! Mina və sursatlardan qorunun!” , “Ehtiyatlı ol mina var!” , “Təhlükəli sahələrə daxil olmayın!” kimi maarifləndirici löhfələrdən başqa heç nə yoxdur.

Cəbrayılın Böyük Mərcanlı kənd sakini 28 əvvəl öz dədə-baba yurdundan köçmək məcburiyyətində qalan Əfqan Qafarlı da illər sonra öz elinə obasına qayıdıb. Neçə illik həsrətdən sonra gördüyü mənzərə isə onu dəhşətə gətirir.

Hazırda Böyük Mərcanlı kəndi yer üzündən silinmiş bir durumdadır. Kəndin mərkəzinə doğu irəliləmək isə mümkün deyil.

Biz hazırda Cəbrayıl rayonun Böyük Mərcanlı kəndi ərazisindəyik. Gördüyünüz bu ərazidə erməni vandalizmi açıq şəkildə görmək olur. O ərazi mina olduğu üçün biz ora keçə bilmirik.

28 ilin həsrəti də bitib, ağrı-acısı da unudulub bu gün. Amma törədilən vəhşilik, müşahidə edilən mənzərə ürək sızladır. Lakin başlanan qayıdış, aparılan yenidənqurma işləri tezliklə digər bölgələr kimi Cəbrayılın Böyük Mərcanlısını da qonaqlı-qaralı, səsli küylü edəcək, bu torpaqlara da həyat qayıdacaq.

Elnur Vahidoğlu