• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 19.04.2021 16:01

İsrailli jurnalistlər Ağdamda

KepezTV Player

İsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər ediblər. Bu ölkənin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas, "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qut Ağdamdadırlar. İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla tanış olmaq niyyətindədirlər. Hər iki jurnalist sabah Füzuli, Zəngilan və Qubadlıya da səfər edəcək.