• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 19.04.2021 12:05

Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir

KepezTV Player

Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir. Uzunluğu 41 km olan yol başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür. Yaxın günlərdə Avşar kəndinin 5.6 km-lik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da start veriləcək. Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək. 14 min vətəndaşımız respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.