• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2158
— 18.04.2021 19:12

"Kəpəz"in "qara zolağı" davam edir

KepezTV Player

Futbol üzrə Azərbaycan Dvizionunda 22-ci tur çərçivəsində "Kəpəz" evdə MOİK-i qəbul edib. "Sarı-göylər" doğma meydanda autsayderə böyük hesabla məğlum olmaqla bu dəfə də azarkeşlərini məyus ediblər. 17-ci dəqiqədə Röyal Əhmədovla önə keçən ev sahibləri bu üstünlüyü sadəcə 1-ci hissənin sonuna kimi qoruya biliblər. 2-ci hissədə meydana daha əzmkar çıxan qonaqlar 48-ci dəqiqədə Əlibəy Məmmədlinin qolu ilə hesabı bərabərləşdiriblər. 87-ci dəqiqədə Zahir Xanhüseynli komandasını önəə keçirib. Oyunun əsas vaxtına əlavə edilmiş 7-ci dəqiqədə "Kəpəz"in qapısında növbəti qolu görüb. Elvin Nəsibov yekun hesabı müəyyənləşdirib: "Kəpəz" 1 - MOİK 3. Ardıcıl 4 oyundur məğlub olan "sarı-göylər" 23 xalla turnir cədvəlinin 6-cı pilləsindədirlər. 6 xalını "Kəpəz"dən alan MOİK isə 17 xalla sonuncudur.