• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 18.04.2021 19:37

Ramazan ayında düzgün və balanslı qidalanma

KepezTV Player

Ramazan ayının yaz fəslinə təsadüf etməsi, orucun təxminən 15 saata yaxın olması aclıq və susuzluğu daha çox hiss etdirir. Ramazan ayında orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağları yetərli miqdarda alınmalısı isə vacibdir. Mütəxəssislər hesab edirlər ki, oruc tutanların özlərini daha gümrah hiss etmələri üçün imsak və iftar süfrələrininin dəyərli qidalarla zəngin olması vacibdir. Təbii ki, sağlamlığımız və düzgün qidalanmağımız öndə olmaq şərti ilə.

Ramazan ayında oruc tutmaq həm bədənimiz, həm də ruhumuz üçün bir təmizlənmədir. Xüsusilə pandemiya zamanı immun sisteminin zəifləməməsi üçün imsakda qidalanmaya mütləq diqqət etmək lazımdır. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır.

İnsanlar, tutumlu olması üçün sahurda yağlı yeməklərdən və həzmi çətinləşdirən doyurucu qidalardan istifadə edirlər. Mütəxəsislər isə bunun düzgün olmadığını qeyd edir.

Uzun müddət ac qalan mədəni qəfildən yükləməməyi, yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş yeməyi tövsiyyə edir həkimlər.

Aişə Rzayeva